Azərbaycanda yeni təhsil portalı yaradıldı » AzNews.info -Xəbər portalı

Azərbaycanda yeni təhsil portalı yaradıldı

Azərbaycanda yeni təhsil portalı yaradıldı


Azərbaycanda təhsil sahəsində yeni sayt yaradılıb.

Azxeber.com xəbər verir ki, bizimtehsil.az adlanan saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işlər işıqlandılacaq.

Bizimtehsil.az saytı “İslahatçı Gənclər” İctimai Birliyinin layihəsi əsasında yaradılıb.

Birliyin sədri Fərid Şahbazlı deyib ki, bu sayt vasitəsilə oxucular Azərbaycanda həyat keçirilən dövlət təhsil siyasəti ilə yaxından tanış ola biləcəklər, məktəblərdə, kolleclərdə, universitetlərdə baş tutan yeniliklərdən xəbərdar olacaqlar.

Saytın baş redaktoru Hacıbəy Heydərlinin dediyinə görə, portalın yaradılmasında məqsəd Azərbaycan təhsilindəki uğur və problemləri işıqlandırmaq, ölkəmizin təhsil ictimaiyyəti üçün tribuna rolunu oynamaqdır.

Təhsilin bütün pillə və səviyyələri üzrə aparılan yeniliklər və islahatlar barədə saytdan ətraflı məlumat almaq mümkün olacaq.

Saytın proqram təminatı və informasiya təhlükəsizliyi də ən yüksək səviyyədə qorunur.

Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *