"Manat öldü, onu siz öldürdünüz" » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

"Manat öldü, onu siz öldürdünüz"

"Manat öldü, onu siz öldürdünüz"


Hansısa yarışda idmançımızın qolu qalxanda sevinirik. Bayrağımız göylərə qalxanda sevinirik. Bir xəstə yatağından qalxanda sevinirik. Ümumiyyətlə ayağa qalxmaq həmişə sevindirici haldır. İndi də qiymətlər qalxıb. Buna da sevinmək lazımdı. Hər olan işdə bir xeyir var. Birinci dollar qalxdı, sonra ərzaqların qiyməti. Bəlkə sabah pensiyalar, maaşlar da qalxacaq. Qalxmaqdan qorxmağa dəyməz. İmkan verin ürəyi istədiyi qədər qalxsın qiymətlər. Biz buna yalnız sevinə bilərik.

Manatın dollara nisbətən dəyərinin düşməsi ölkədə müəyyən ajiotaj yaratdı. İnsanlar banklara axın edərək əllərindəki manatdan yaxa qurtarmağa çalışdılar. Qiymətlərin artacağını düşünənlər marketlərə üz tutdular. Bir çox marketlər işi dayandırdı, bəziləri ərzaq məhsullarını satmaqdan imtina etdi. Boşalmış rəflərin fotoları sosial şəbəkələrdə xeyli paylaşıldı və danışıldı.

Bəzi marketlərdə qiymət artımı artıq müşahidə olunmaqdadır. Siqaretin, çörəyin, yağın, bəzi dərmanların, elektron malların qiymətində artım müşahidə olunur. Aidiyyatı qurumlar süni qiymət artımı edənlərlə bağlı tədbir görüləcəyini bildirib. Virtual aləmdə bu mövzuda görün nələr yazıldı, nələr paylaşıldı. ANS TV-nin efirində yayımlanan "Şəbəkə" verilişi sosial şəbəkələrdə paylaşılan şərhləri sizə təqdim edir:

Aysel Tərlanqızı təsəlli verdi: Şirniyyat, siqaret, spirtli içkilər və yağlı yeməklər insan orqanizminə çox ziyandır.

Cəfərli göyərtinin qiymətindən yazdı: 10 qəpiyə aldığım göyərtini bu gün səhər 20 qəpiyə almışam. Məgər onu da xaricdən gətirirlər?

Ülvinin şərhi: Sevil və Sevinc bacıları manatı efirdə cırandan sonra, manatın bərəkəti öldü.

İlahi Səmədov: Mənim qohumum satıcıdı. Onun dediyinə görə un, siqaret və sipirtli içkilərin qiyməti 2 qat artacaq. Siz də hər üçündən imtina edin ki, qiymət artımını hiss etmiyəsiniz.

Toğrul Fəqanoğlu: Yazıq bankdan dollarla kreditə maşın götürənlərin gününə. Mənim kimi.

Mağaza sahibi də “Şəbəkə”yə yazdı: Mənim mağazam var. Böyük şirkətlər mal vermir. Verənlər də 34% üstünə gəlib verirlər. Nə etməliyəm heç özüm də bilmirəm.

Cavka Turizm: Mən turizm şirkətində işləyirəm. Avia biletlərin qiyməti 150-200 manata qədər qalxdı. Belə absurd qiymət artımı dünyanın heç yerində müşahidə olunmayıb.

Natəvan Həsənli: Yazıq adam. Banka yaxınlaşıb deyir, “yatdım durdum ki, 10 minlik borcum 13 mindir.

Elan Vital: 1 manat istəyir lap 10 sent olsun, azərbaycanlı çörək və kartof ala bildiyi müddətcə vecinə olmayacaq.

Fərqanə Gülağaqızı qardan yazdı: Deyirəm ki, camaatın başı dollarla manata necə qarışdısa, heç kim qarda şəkil çəkdirmədi.

Sənan Qafar vəziyyəti bayatıyla ifadə etdi: Əzizinəm qara bax, Qara bağla, qara bax. Manatın hay verməsə, Sən yenə dollara bax.

Jurnalist Niyaməddin dəyəri azalmış manatın yas mərasimindən foto paylaşdı. Emin Səfərov filosof Nistşenin məşhur aforizmini bu cür paylaşdı: Manat öldü, onu siz öldürdünüz.

Bəzi gənclər isə manatın vəziyyətini məşhur filmin məşhur səhnəsi ilə ifadə etdilər. Beləcə manatın dəyərdən düşməsi və qiymətlərin artımı ilə bağlı paylaşımlar sosial şəbəkələrə sel kimi axdı. İnanırıq ki, əhalinin gəlirləri artacaq və dəyərdən düşmüş manat insanların dolanışıq dəyərini aşağı salmayacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Talent abettor Brian Monaco replica rolex appointed"The Real World"civic bout at the Beacon Theatre in 2001; Toby Bateman is affairs and sales administrator of uk replica watches Mr Porter; and there were alone 50 models fabricated of Patek Philippe's attenuate 3974 watch. An beforehand online adaptation of replica watches uk this adventure afield alleged Mr. Bateman affairs director; declared that Mr. Monaco appointed"The Real World"bout in 1994;

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *