İrşad Telekom müştəriləri aldadır?
Müştərilərdən biri İrşad Telekomun onu aldatdığını iddia edir.
AzNews.info-ya oxucularından biri Elgiz Əliyev İrşad Telekomdan şikayətlə müraciət edib. Onun sözlərinə görə, 2016-cı ilin dekabr ayında İrşad Telekomdan iPhone 7 telefonu alıb. Apple şirkətinin rəsmi saytında telefonun seriya nömrəsini qeyd edərkən telefonun 3 ay öncə 28 sentyabr 2016 tarixindən aktiv edildiyini görüb. Eyni zamanda telefonun USB kabelinin də original olmadığını görən Elgiz Əliyev telefonun ondan öncə başqa birinə satıldığını və 2-ci əl telefonu ona yeni adı ilə satılmasını iddia edir.
AzNews.info qarşı tərəfin də məsələyə münasibətini yayımlamağa hazırdır.
Mənbə:> AzNews.info