6 ayda Naftalana 9,5 min turist gedib
Naftalan Şəhər İcra Hakimiyyətində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
AzNews.info fins.az-a istinadən xəbər verir ki, yığıncaqda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanovun hesabat məruzəsi dinlənilib.
2017-ci ilin altı ayında Naftalanın turizm obyektlərində 9,5 min turist qeydə alınıb ki, bunun da 4012 nəfəri 50-yə yaxın xarici ölkədən gələn turistlərdir. Həmçinin “TurStat” analitik agentliyinin apardığı sorğuya əsasən, Naftalan postsovet məkanında rusiyalılar arasında ən populyar müalicəvi kurort şəhəri sayılıb.
Mənbə:> Fins.az