Təhsil almaq əvəzinə günü 2-3 manata işləyən uşaqlar » AzNews.info -Xəbər portalı

Təhsil almaq əvəzinə günü 2-3 manata işləyən uşaqlar

Təhsil almaq əvəzinə günü 2-3 manata işləyən uşaqlar

Onun cəmi 15 yaşı var. Amma bu qısa ömründə başına gəlməyən müsibət qalmayıb. Nə valideyn sevgisi, nə də nəvaziş görüb. Xatirələrində yalnız onu hələ uşaqkən küçəyə göndərib, pul gətirməyə məcbur edən valideynləri ilə bağlı yara izləri var…

Söhbət mebel sexində çalışaraq iki bacısına baxan Samir Hüseynovdan gedir.

“10 yaşındaydım, atam məndən işləməyi tələb edirdi. 3 aya yaxın dilənçilik etdim, amma qazandıqların yetmirdi. Sonra zibillikdən kağız, dəmir toplayaraq satmağa başladım. Beləcə, ailəmin dolanmağına kömək etməyə çalışırdım”, - deyir Samir.

Valideynləri qohum-qonşunun iradlarına “uşaq balaca yaşından əməyə alışmalıdır” deyə cavab veriblər. Zibil toplamaqla qazandığı qəpik-quruşla atasının araq ehtiyacını belə ödəyə bilib, amma özünə ayaqqabı, təzə paltar almağa qıymayıb.

“Zibillikdə eşələnməkdən zibil qoxuyurdum. İnsanlar yanımdan keçəndə toxunmamağa çalışırdı. Bütün günahların səbəbi mənəm fikirləşib özümü alçalmış hiss edirdim”, - söyləyir Samir.

O, 1 il 8 aydır mebel sexində çalışır. Sexin təmizliyi ilə məşğul olur, mebellərin daşınmasına kömək edir, ustaların tapşırdığı bütün işləri yerinə yetirir. Səhər hamıdan tez gəlib, axşam hamıdan gec gedir və bunun müqabilində gündəlik 2, bəzən 3 manat alır.

...Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, hər il dünyada 130 milyondan çox uşağın əməyi istismar olunur. Azyaşlılar istehsalın ən ağır sahələrində, pambıq, üzüm, çay yığımında çalışdırılır. Əməyi istismar olunan uşaqların əksəriyyəti insan alverçilərinin, terror təşkilatlarının qurbanına çevrilir, onları ələ almaq asandır.

Bəs Azərbaycanda uşaq əməyinin istismarı sahəsində vəziyyət necədir? Son bir neçə ilədək QHT-lər təxminən 4500-5000 uşağın əməyinin istismar olunduğunu bildirirdilər. Mövcud qanunvericiliyin sərtləşdirilməsi vəziyyəti dəyişibmi? Uşaq əməyinin istismarına görə cəzalandırılanlar olubmu?

Virtualaz.org bu və digər suallara cavab axtarıb. Bəlli olub ki, ölkədə uşaq əməyinin istismarı sahəsində ayrıca araşdırma aparılmayıb. Hansısa rayonda keçirilən sorğu və ya monitorqlər isə vəziyyəti qiymətləndirmək üçün kifayət etmir. QHT-lər və beynəlxalq təşkilatlar nə az, nə çox 12 il əvvəlin məlumatlarına istinad edirlər.



Cəmi iki fakt?!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ötən il yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə zamanı əmək qanunvericiliyinin tələblərinin pozulması üzrə iki fakt aşkarlanıb. 2015-ci ildə isə 5 işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsi faktı aşkar edilib.

Təhsil almaq əvəzinə günü 2-3 manata işləyən uşaqlar


Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 53.9-cu maddəsi ilə 5 min manat cərimələnib. Halbuki pərakəndə ticarətlə məşğul olan, şəhərkənarı kənd və qəsəbələrə gedən avtobuslarda konduktorluq edən, restoranlarda kameranın ləvazimatlarını daşıyan, kafelərdə, sexlərdə xidmətçi kimi çalışan, dilənən uşaqlarla hər gün qarşılaşırıq. Onların sayı 2 və ya 5 deyil, onlarladır.



Bəs alver edən uşaqlar necə...

Elə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da uşaq əməyinin istismarı ilə bağlı statistikanın doğru olduğuna şübhə ilə yanaşıb. Nazir açıqlamaların birində vəziyyətin hərtərəfli araşdırılması, uçotun aparılmasına ciddi ehtiyac olduğunu söyləmişdi. “Ölkədə ümumilikdə insanların məcburi əməyə cəlb olunması ilə bağlı tam statistik rəqəmlər mövcud deyil. Uşaqların kənd təsərrüfatında çalışdırılması halları mövcuddur. Xüsusilə də, ailə təsərrüfatlarında bu hala rast gəlinir. Ancaq bunun uçotu aparılmayıb. Təbii ki, belə faktların uçotunun aparılmasına ciddi ehtiyac var”, - Müslümov bildirmişdi.

Ekspert Azər Allahverənov da deyir ki, uşaq əməyinin istismarı ilə bağlı ayrıca tədqiqatlar aparılmır. “Doğrudur, ayrı-ayrı təşkilatlar tərəfindən əmək hüquqları ilə bağlı araşdırma aparılır. Yalnız bu zaman uşaqların istismarı ilə bağlı məsələyə toxunulur. ABŞ Dövlət Deportamentinin insan alveri ilə bağlı illik hesabatında da uşaqların əməyinin istismar olunması, xüsusilə də dilənçiliyə sövq edilməsi qeyd olunur. Amma Azərbaycanda uşaq əməyinin istismarı ilə bağlı hərtərəfli araşdırma aparılmır”, - Allahverənov söyləyir.

Təhsil almaq əvəzinə günü 2-3 manata işləyən uşaqlar


Allahverənov uşaq əməyinin istismarı ilə bağlı tez-tez qarşılaşdığı faktları sadalayır: “Xüsusilə iaşə mərkəzlərində uşaqların ticarətlə məşğul olmasının şahidi oluruq. Azyaşlılar məişətdə istifadə olunan əşyaları satırlar və yaxud çimərliklərdə qarğıdalı satan uşaqlar var. Təkcə bir çimərlikdə monitorinq aparmaq onların sayını öyrənmək üçün kifayətdir. Həmçinin Fəvvarələr Meydanında dilənən və ya satıcılıqla məşğul olan azyaşlılar çoxdur. Onlar əksər hallarda valideynlərinin təkidi ilə işləyir ki, bu da uşaq əməyinin istismarıdır. Kənd təsərrüfatı sahəsində də uşaq əməyinin istismarı halları var”.

Ekspert etiraf edir ki, uşaq əməyinin istismarının qarşısını almaq çətindir. Çünki fakt açıqlanan kimi əks reaksiyalar gəlir. Bəziləri uşağın əməyə alışdırıldığını, ailəsinə yardım etdiyini deyir. Bu zaman mental xüsusiyyətlər vurğulanır, məsələyə humanist yanaşılır. Amma cinayətkar qruplaşmaların təsirinə düşənlər də olur, bu da sonradan problemlərə yol açır. İstənilən halda, uşaqlar işləməməli, təhsil almalıdırlar.



Qanunvericilik deyir ki…

Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin uşaq problemləri şöbəsinin aparıcı məsləhətçisi Fərid Ədilov deyir ki, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərlə uşaq əməyinin istismarı hallarında sanksiyalar ağırlaşdırılıb. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək cərimələnir. İşəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək, hüquqi şəxslər 10000 manatdan 13000 manatadək cərimə edilir.

Təhsil almaq əvəzinə günü 2-3 manata işləyən uşaqlar


F.Ədilovun sözlərinə görə, “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” çərçivəsində ölkə üzrə uşaqların əməyə cəlb olunma səviyyəsinin müəyyən edilməsi ilə bağlı statistik müayinənin aparılması nəzərdə tutulmuşdu. Buna görə də, ölkə üzrə işləyən uşaqlarla bağlı statistik göstəricilər müəyyən edilməsi mümkündür.

Ötən il komitə tərəfindən 4 regionda uşaqların əməyə cəlb olunma səviyyəsinin müəyyən edilməsi ilə bağlı tədqiqat aparılıb. “Əsasən, bazar, avtotəmir sexləri, kafe-restoran və ictimai-iaşə obyektlərində araşdırma aparılıb. İşləyən uşaqların ailə vəziyyəti, təhsili haqda məlumat toplanılıb, yaşı 15-dən az olan uşaqların əməyə cəlb olunması halları aradan qaldırılıb. Tədqiqatlar zamanı uşaq əməyinin ən pis formaları ilə bağlı faktlar aşkarlanmayıb. Komitə uşaq əməyinin istismarı halları ilə bağlı mütəmadi maarifləndirmə tədbirləri keçirir”, - F.Ədilov əlavə edib.

Sosioloq Gülər Əliyeva isə deyir ki, son 8-10 ilə nisbətən indi uşaqların məcburi əməyə cəlb olunması kütləvi deyil. “Azərbaycan Beynəlxalq Əmək Təşkilatının Konvensiyasına qoşulub və təbii ki, öhdəlik daşıyır. Bundan əlavə, cəzaların sərtləşdirilməsi, cərimələrin artırılması da rol oynayır. Uşaq əməyinin istismarı insan alverinə bərabər tutulur. Buna görə də, istehsal müəssisələri və ya hansısa şirkət azyaşlını işə götürməkdən imtina edir. Amma uşaqların valideynlərinin təkidi ilə ticarətlə məşğul olması, dilənçilik hələ də var”, - Əliyeva əlavə edib.

Konstitusiya və Əmək Məcəlləsində uşaqların hansı hallarda və yaşda işlədilməsi aydın əksini tapıb. Məsələn, 15 yaşdan sonra işləməyə icazə verilir, lakin məhdudiyyətlər müəyyənləşdirilib: “Hər bir fakt ayrıca araşdırma tələb edir, çünki uşağın işə cəlb edilməsinin istismar olub-olmadığını müəyyənləşdirmək lazımdır. Əsas məsuliyyət Dövlət Əmək müfəttişliyi Xidmətinin üzərinə düşür”.

G.Əliyeva etiraf edir ki, uşaqların işləməsinə münasibət birmənalı deyil. Çünki əksər halda ailənin imkanları məhdud olur və uşağın işləməsinə ehtiyac yaranır.

Onu da xatırladaq ki, ötən ilin 6 ayında uşaqlara qarşı törədilən cinayətlərin 107-si zorakılıqla bağlı olub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 iyul 2017 15:17
  • Yazan: cshang
The physical verification part of the process is really cheap ray ban essential, our team is composed of experts who come from a luxury fashion background and auction houses with detailed training, in both cheap polo ralph lauren contemporary and vintage collections, with specialised leather goods, jewellery, watches, clothes and accessories. The authentication team check Cheap Longchamp every item sold with a meticulous expertise because it 's important to replica handbags touch the quality, smell the leather, verify the engravings and stitches.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *