Mərkəzi Bank dövriyyədəki manat kütləsini azaldır
Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını elan edib.
Oxu.Az xəbər verir ki, 19 iyun 2017-ci il tarixində keçiriləcək hərrac ilə 200 milyon manat vəsaitin cəlb edilməsi nəzərdə tutulur.
Müddət 14 gün, faiz dərəcəsi 12,01%–14,99% təşkil edir.
Qeyd edək ki, depozit hərracı dövlət istiqrazlarını ala bilməyən banklara əlavə investisiya aləti kimi likvid manat vəsaitlərini yerləşdirmək imkanı verir.
Beləliklə, banklar öz likvid vəsaitlərini hərraca çıxarır və Mərkəzi Bank ona sərf edən faizlə (yəni təqdim edilən faizlər içərisindən) həmin vəsaiti cəlb edir. Əgər MB-nin vəsaitə ehtiyacı çoxdursa, hətta banklar hərracda öz likvid vəsaitlərini daha yüksək faizlə təqdim edə bilər.
Mənbə:> Oxu.Az