Mərkəzi Bank 50 milyon manat cəlb etmək niyyətindədir
Növbəti depozit hərracının vaxtı açıqlandı.
Avqust ayının 1-də Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.
Oxu.Az-ın məlumatına görə, hərracda 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 28 gün təşkil edir.
Faiz dərəcələri 4,01%-6,99% təşkil edir. Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.
Mənbə:> Oxu.az