Mərkəzi Bank bu gün depozit hərracı keçirəcək
50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.
Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.
Oxu.Az-ın məlumatına görə, bu gün keçiriləcək depozit hərracında 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.
Depozit hərracının müddəti 28 gün təşkil edir. Hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.
Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.
Mənbə:> Oxu.az