Büdcə kəsirinin ÜDM-də payı azalıb
2017-ci ilin yanvar-may aylarında dövlət büdcəsinə 6335,7 milyon manat vəsait daxil olub.
Oxu.Az Statistika Komitəsinə istinadən xəbər verir ki, büdcədən 6724,1 milyon manat vəsait xərclənib.
Dövlət büdcəsinin icrasında 388,4 milyon manatlıq kəsir yaranıb. Bu da büdcə kəsirinin ümumi daxili məhsulun 1,5 faizinə bərabər olması deməkdir. Xatırladaq ki, cari ilin dörd ayında büdcə kəsiri 368,1 milyon manat (ümumi daxili məhsulun 1,8 faizi) olub.
Mənbə:> Oxu.Az