Bank hesablarının açılması qaydaları dəyişdiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bank hesablarının açılması qaydaları dəyişdiriləcək

Bank hesablarının açılması qaydaları dəyişdiriləcək


“Azərbaycanda bank hesablarının açılması ilə əlaqədar yeni qaydalar hazırlanır”.

AzNews.info Trend-ə istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, bu qaydalar artıq müzakirə üçün Azərbaycan Banklar Assosiasiyasına göndərilib.

Aslanlı qeyd edib ki, dünya təcrübəsində hesabların açılmasında çoxlu suallar verilir. Məsələn, hesaba daxilolmaların orta həcminin nə qədər olacağı, hansı ölkələrdən olacağı, hesab açan şəxsin fəaliyyət növü və sairə.

“Bu gün 8 Azərbaycan bankının xarici banklarda hesabları bağlıdır. Onlar bizim bankların müxbir hesablarını, müştərilərin unifikasiyası üzrə tələblər beynəlxalq standartlara cavab vermədiyinə görə, bağlayırlar”, - Aslanlı deyib.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *