Rüfət Aslanlı: Özəl Kredit Bürosunun yaradılması təşəbbüsünü dəstəkləyirik » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Rüfət Aslanlı: Özəl Kredit Bürosunun yaradılması təşəbbüsünü dəstəkləyirik

Rüfət Aslanlı: Özəl Kredit Bürosunun yaradılması təşəbbüsünü dəstəkləyirik


Azərbaycanın bank ictimaiyyəti ilə bu məsələ müzakirə edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Azərbaycanın bank ictimaiyyəti ilə Özəl Kredit Bürosunun (ÖKB) yaradılması məsələsi müzakirə edilib.

Bu barədə Palatadan Oxu.Az-a bildirilib.

Görüşdə çıxış edən MBNP-nın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Özəl Kredit Bürosunun yaradılması təşəbbüsünü dəstəklədiyini bildirdi.

Onun sözlərinə görə, Palata ÖKB-nin yaradılmasını maliyyə xidmətləri infrastrukturunun inkişafına dəstək kimi qiymətləndirir və gələcəkdə banklarla yanaşı, bank olmayan kredit təşkilatları, kommunal ödəniş sistemləri, mobil operatorlar və iri pərakəndə şəbəkələrinin də büronun üzvü olmalarını məqsədəuyğun hesab edir.

Tədbirdə çıxış edən ÖKB-nin yaradılması üzrə İcra Komitəsinə üzv kommersiya bankların nümayəndələri beynəlxalq təcrübə və büronun təsis edilməsi istiqamətində görülmüş işlər barədə məlumat verdilər. Qeyd edildi ki, texniki partnyor olaraq İslandiyanın “Creditinfo” şirkəti seçilib.

Texniki partnyor gələcəkdə büronun əsas səhmdarlarından biri olmaqla kredit hesabatlılığı prinsiplərinin öyrənilməsi və kredit bürosunun inkişafı strategiyasının hazırlanmasında yaxından iştirak edəcək.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *