Xanhüseyn Məmmədovun Yəhudi Muxtar Vilayətində istehsal etdiyi "Bakinski" sosisi
Rusiyanın Yəhudi Muxtar vilayətinin mərkəzi olan Birobican şəhərində azərbaycanlının istehsal etdiyi “Bakinskie” sosiskası brendə çevrilib. Sosiskanın əsas müvəffəqiyyəti isə onun kərə yağı tərkibli olmasıdır. Əksər sosiskalardan fərqli olaraq, "Bakinskie" məhsullarını qaynatmağa ehtiyac yoxdur. Onları yalnız mikrodalğalı sobada qızdırmaq kifayətdir ki, tərkibindəki kərə yağı ərisin.
Sosiska azərbaycanlı Xanhüseyn Məmmədov tərəfindən istehsal edilib. Kərə yağıyla hazırlanan sosiska tez bir zamanda şəhərdə elə məşhurluq qazanıb ki, satışların liderlərinə çevrilib.
Xüsusi reseptlə hazırlanan "Bakinskie" sosiskalarının tərkibində yağdan başqa təbii yerli mal əti, toyuq filesi və xüsusi ədviyyatların qarışığından istifadə olunur. Bu məhsulun tərkibində donuz əti yoxdur.
Qeyd edək ki, bir sıra mükafatlara layiq görülən "Bakinskie" sosiskaları 2016-cı ildə "Yenilik" nominasiyasında "Rusiyanın 100 ən yaxşı məhsulu" müsabiqəsinin diplomçusu olub.
Mənbə:> Virtualaz.org