Azərbaycanda hotellərin 80-85%-i dolub » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda hotellərin 80-85%-i dolub

Azərbaycanda hotellərin 80-85%-i dolub

“Hazırda Azərbaycana turistlər əsasən 26 ölkədən gəlir”.

AzNews.info “Marja”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Şöbə müdiri qeyd edib ki, bu ilin yanvar-fevral aylarında həmin ölkələrdən gələnlərin sayında artım müşahidə olunub:

“Azərbaycana turist axını əsasən Körfəz ölkələri, İran, Rusiya və Avropa ölkələrindən gəlir. Ümumilikdə, turist axını Azərbaycanda böyük valyuta gəlirinə gətirib çıxaracaq.

Bu il aprelin sonuna kimi bütün mehmanxanaların 80-85%-i dolub. Proqnoza görə, ölkəyə gələn turistlərin sayında böyük artım gözlənilir. Bakıda keçiriləcək İslam Həmrəyliyi, Şopinq Festivalı və digər tədbirlər turistlərin müəyyən qədər artmasına imkan yaradacaq”.

“Rusiya və ərəb ölkələrindən turist axını 10-15, digər ölkələrdən gələnlərin sayı isə 20-30 dəfə artıb. Ərəb ölkələrindən gələn turistlərə vizaların hava limanlarında verilməsi turizmin inkişafına böyük təkan verib”, - deyə A.İsmiyev vurğulayıb.

Mənbə: Marja.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *