"Moody`s": Azərbaycanın bank sektorunda "təmizləmə" davam edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

"Moody`s": Azərbaycanın bank sektorunda "təmizləmə" davam edəcək

"Moody`s": Azərbaycanın bank sektorunda "təmizləmə" davam edəcək

"Moody`s Investors Service" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanda fəaliyyət göstərən bankların sayının azalacağını proqnozlaşdırır.

Agentliyin kiçik vitse-prezidenti Mariya Malyukova APA-ya açıqlamasında bildirib ki, bu il Azərbaycanın bank sektorunda "təmizləmə" davam edəcək: "Hesab edirəm ki, bank sektorunda "təmizləmə", yəni bankların sayının azalması prosesi bu il də davam edəcək".

Onun sözlərinə görə, banklar indiyədək manatın devalvasiyasının neqativ təsirləri ilə mübarizə aparmaqdadırlar. "Təbii ki, hazırda bankların əsas məqsədi problemli kreditlərlə mübarizə aparmaqdır. Başqa sözlə, əsas hədəf kreditlərin restrukturizasiyası və qaytarılması, o cümlədən risklərin minimallaşdırılmasıdır. Banklar qarşısında duran əsas çağırışlardan biri də problemli kreditlərin həcminin artması fonunda mənfəətin azalması, kreditləşmənin azalması və faiz dərəcələrinin artmasıdır. Kredit itkiləri və valyuta riskləri səbəbindən kapitallaşma aşağı səviyyədə olaraq qalır", - deyə M.Malyukova qeyd edib.

Vitse-prezident əlavə edib ki, bank sektorunun depozit portfelində dollarlaşma yüksək səviyyədə qalmaqdadır: "Bəzi bankların açıq valyuta mövqeyi qalmaqdadır ki, bu da onları istənilən məzənnə volatilliyinə qarşı həssas edir".

"O qədər də asan olmayan iqtisadi şəraiti və bank sektorunda qalmaqda olan riskləri nəzərə alaraq deyə bilərəm ki, bu il üçün Azərbaycanın bank sektoru üzrə proqnozumuz neqativ olaraq qalır", - deyə o bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *