Azərbaycanda nağd maaş verilməsi qadağan edildi
Azərbaycanda faktiki olaraq nağd maaş verilməsi qadağan edilib.
AzNews.info publika.az-a istinadən xəbər verir ki, aprel ayının 1-dən etbarən ödəmələr tamamilə nəqdsiz yolla həyata keçiriləcək. Bu qanun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə edilən yeni dəyişikliklərlə nəzərdə tutulur.
Bu barədə iqtisadiyyat üzrə ekspert Fuad Əlizadə bildirib.
Onun sözlərinə görə, tabeçiliyində olan işcilərə əmək haqlarını nağd ödəyən bütün sahibkarlar cərimə olunacaqlar.
“Bir çox sahibkarlar artıq öz işçiləri üçün maaş kartları sifariş etməyə başlayıblar.”- deyə o əlavə edib.
Mənbə:> Publika.az