Azərbaycanda siqaret qıtlığının səbəbi məlum olub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda siqaret qıtlığının səbəbi məlum olub

Azərbaycanda siqaret qıtlığının səbəbi məlum olub


Azərbaycanda satış mərkəzlərində siqaretlərin nağd pulla satışı qadağan edilib. Artıq nağd pulla satınalma əməliyyatlarının həyata keçirilməsi dayandırıldığı üçün hazırda Bakıda mağazalarda müəyyən növ siqaret brendlərinin qıtlığı müşahidə edilir.

Aznews.info-un məlumatına görə, siqaretlərin satışını həyata keçirən mağazaların menecerləri Report-a bildiriblər ki, təxminən 1 həftəyə yaxındır ki, aksiz markaları ilə markalanmış tütün məmulatlarının nağd satışına icazə verilmir və nəticədə bazarda qıtlığın yaranmasına dair süni ajoitac yaranıb: “Bundan sonra siqaretlər ancaq kartla və ya bank köçürməsi ilə alınmalıdır”.

Qeyd edək ki, 2015-ci ilin əvvəlində İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə təklif edilən dəyişikliklərə görə, aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada alqı-satqısına görə cərimə tətbiq olunacaq. Həmin maddəyə 229.2 hissəsi əlavə ediləcək. Belə ki, həmin hissəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə 100 manat cərimə nəzərdə tutulub. Burada “az miqdarda” 50 manatlıq məbləğ nəzərdə tutur.

Hazırda tütün məmulatları bazarında kart sisteminin tətbiqi ilə bağlı yaranmış çaşğınlıqla bağlı tədarükçü şirkətlər bildiriblər ki, əvvəlcədən siqaretlərin satışını həyata keçirən həm pərakəndə, həm də topdansatış obyektləri üçün maarifləndirmə tədbirləri görülməli idi: “Hazırda onlar “donmuş” vəziyyətdədirlər. Siqaretlərin satışının kart sisteminə keçidi həm pərakəndə, həm də topdansatış obyektləri üçün çətinliklər yaradır. Onlar buna hazır deyillər. Hazırda satış əməliyyatlarını icra edənlərdə sadəcə qorxu yaranıb. Əgər öncədən maarifləndirmə tədbirləri görüsəydi və bundan sonra sistemin icrası tətbiq edilsəydi, onların bunu reallaşdırmaq üçün heç bir bəhanələri qalmayacaqdı”, - deyə tədarükçü şirkətlər bildiriblər.

Qeyd edək ki, siqaretlərin nağdsız şəkildə satışı iki yolla həyata keçirilməlidir: bank vasitəsilə VÖEN-ə bağlı kart hesabı açıb, əməliyyatlar həyata keçirmək və bankda kart hesabı açmaqla (kartla post-termianllar vasitəsilə ödəniş edilməlidir).

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *