Siyavuş Novruzov banklar barədə: “Kimin ağlına nə faiz gəldi, onu da qoyur” » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Siyavuş Novruzov banklar barədə: “Kimin ağlına nə faiz gəldi, onu da qoyur”

Siyavuş Novruzov banklar barədə: “Kimin ağlına nə faiz gəldi, onu da qoyur”

Millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bank kreditlərinin faizlərinin yüksək olması ilə bağlı narazılığını bildirib.

S.Novruzov qeyd edib ki, postsovet ölkələri arasında ən yüksək kredit faizi Azərbaycandadır:

“Banklar krediti elə yüksək faizlə verir ki, onu alan vətəndaş heç bir sahibkarlıqla məşğul ola bilmir. Mərkəzi Bank banklara krediti 15 faizə verir, ancaq banklar vətəndaşa krediti 25-29 faizə verir. Qoy banklar 6 və ya 7 faiz qazansın. Yoxsa kimin ağlına nə faiz gəldi, onu da qoyur. Bu düzgün deyil”.

S.Novruzov Mərkəzi Bankı bu istiqamətdə tədbirlər görməyə çağırıb: “Mərkəzi Bank bu məsələlərə ciddi şəkildə yanaşmalıdır və müvafiq tədbirlər görməlidir. Cənab Prezidentin dediyi kimi, hər şey vətəndaş üçündür. Əgər biz vətəndaşı qorumuruqsa, bu görülən işlər nəyə lazımdır?!” (

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *