Bank vəfat etmiş adamdan borc tələb edir – VİDEO
Banka kredit borcu olan həyat yoldaşı dünyasını dəyişdi. Bankdan isə borcu olması ilə baglı ailəyə məktublar gəlir.
AzNews.info Xezerxeber.az-a istinadla məlumat verir ki, Lənkəran rayon Bürcəli kənd sakini Mapəri Ağayeva 2015-ci ildə bankdan 2500 ABŞ dolları məbləğində kredit götürüb. İşlədiyi yerdən arayış alıb banka təqdim edən Mapəri Ağayeva hər ay 86 manat ödəməklə 1 il kreditin ödənişini vaxtı-vaxtında həyata keçirib.
Mapəri Ağayeva bu ilin yanvar ayında dünyasını dəyişib. Həyat yoldaşı Söhbət Məmmədovun dediyinə görə, həyat yoldaşı dünyasını dəyişdiyi ay banka onun ölməsi ilə bağlı ölüm kağızını da təqdim edib. Lakin vəfat etdikdən iki ay sonra qadının adına evinə krediti ödəmədiyi üçün məhkəmə tərəfinən məktub göndərilib.
İndi dünyasını dəyişən Mapəri Ağayevanın banka 2265 ABŞ dolları borcu var. Hazırda həyat yoldaşı çarəsiz qalıb. O, bilmir ki, ölən həyat yoldaşının borcu necə ödənməlidir.
Xəzər Xəbərin mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:
Mənbə:> XəzərXəbər