ABŞ-da Nensi Reyqan dünyasını dəyişdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə, Tarix

ABŞ-da Nensi Reyqan dünyasını dəyişdi

ABŞ-da Nensi Reyqan dünyasını dəyişdi


ABŞ-da eks-prezident Ronald Reyqanın dul qalmış həyat yoldaşı Nensi Reyqan 94 yaşında dünyasını dəyişib, Oxu.Az TMZ-yə istinadən xəbər verir.

Bu informasiyanı mərhumun ailə üzvləri də təsdiqləyiblər.

Son illər keçmiş prezidentin dul həyat yoldaşının vəziyyəti pisləşmişdi.

Peşəkar aktrisa olan Nensi Ronald Reyqanla 1952-ci ildə ailə qurub. O zaman ABŞ-ın gələcək prezidenti də aktyor karyerası ilə məşğul idi.

Nensi Reyqan 1981-ci ildən 1989-cu ilədək ABŞ-ın birinci xanımı olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *