Azərbaycan vətəndaşlarının qənaət rejimi 4 dəfəni üstələyir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycan vətəndaşlarının qənaət rejimi 4 dəfəni üstələyir

Azərbaycan vətəndaşlarının qənaət rejimi 4 dəfəni üstələyir


2014-cü ildə ölkədə dövriyyədə olan pul bazasının həcmi 11-12 milyard manat təşkil edirdi.

Aznews.info Fins.az-a istinadən xəbər verir ki, bu həcmi həmin dövrdə dolların məzənnəsi (0,78) ilə ifadə etsək, 13-14 milyard dollar təşkil edirdi.

Hazırda inflyasiya və manatın məzənnəsini qorumaq uğrunda çarpışan Mərkəzi Bank dövriyyədki pulu yığmağa davam edir.

Artıq pul kütləsinin həcmi 6 milyard 987 milyon manata düşüb. Bu isə hazırki məzənnə ilə 3 milyard 900 milyon dollar deməkdir. Yəni dövriyyədə cəmi bu qədər dollara ehtiyacı olan manat hərəkət edir.

Başqa bir məsələ. Belə çıxır ki, iki il əvvəl 13-14 milyard dollarlıq mal və xidmətdən istifadə edərək ərəb şeyxlərinə bənzədilən Azərbaycan vətəndaşları artıq ciddi qənaət rejiminə keçib.

Hətta bu qənaət rejimi 4 dəfəni belə üstələyir. Nərəzə alaq ki, ölkədə ikirəqəmli inflyasiya var, üstəgəl manat 2 dəfəyə qədər devalvasiya olunub. Bu halda nəzəri olaraq 2014-cü ildəki makroiqtisadi səviyyəyə uyğun yaşamaq üçün hazırda dövriyydə 28 milyard manat kütləsi olmalı idi.

Ekspert Samir Əliyev bu müqayisəni nəzəri cəhətdən düzgün hesab etsə də bəzi nüanslara aydınlıq gətirdi.

S.Əliyevin sözlərinə görə, həmin dövrdə dövriyyədə böyük pul kütləsi vardı. Mərkəzi Bank bazardan dolları almağa çalışır və dövriyyəyə manat buraxırdı. Hazırda Mərkəzi Bank demək olar ki, bazardan dollar almır.

Digər tərəfdən, əhalinin gəlirləri azaldığından ümumilikdə iqtisadiyyat da zəifləyir. Qiymətlər 2 dəfədən 40 faizə qədər artıb. İnflayisiyanın etiraf olunan səviyyəsi ikirəqəmlidir. İndiqator kimi götürsək, sahibkarlar pul tapmır.

Samir Əliyev qeyd edib ki, Mərkəzi Bankın manatı tam üzən məzənnəyə keçirməsi ilə bağlı bəyanatı yalnız bəyanat olaraq qalıb:

“Bazarın tənzimlənməsi ilə bağlı atılan addımlar da Mərkəzi Bankın inzibati üsullarını davam etdirdiyinə əyani sübutdur”, - deyə S.Əliyev bildirib.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *