Mərkəzi Bankın depozit hərraclarında cəlb etdiyi vəsait məlum oldu
Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin yanvar-fevral aylarında depozit hərraclarında cəlb etdiyi vəsaitin ümumi həcmi 1 mlrd. manatı keçib.
Belə ki, hesabat dövründə AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş 10 depozit hərracında cəmi 1 milyard 69,7 mln. manat cəlb edilib.
AzNews.info-nun məlumatına görə, bu barədə Report AMB-yə istinadən xəbər verir.
Bu müddətdə cəmi tələb isə 1 mlrd. 467,15 mln. manat təşkil edib. Keçirilmiş 10 hərracdan 9-da tələb təklifi üstələyib.
Qeyd edək ki, 200 mln. manat həcmində vəsaitin cəlb edilməsi nəzərdə tutulan sonuncu hərrac bu gün baş tutub və tələbat 218 mln. manat olub.
Mənbə:> Report