Mərkəzi Bank 20 milyon manat cəlb etdi
Depozit hərracı baş tutdu.
Azərbaycan Mərkəzi Bankı bu gün keçirilən depozit hərracının nəticələrini açıqlayıb.
Mərkəzi Bankdan Oxu.Az-a verilən məlumata görə, tənzimləyici tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 20 milyon manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,99% təşkil edib.
Mənbə:> Oxu.az