Azərbaycanda elektrik enerjisi tarifləri növbəti dəfə dəyişəcəkmi?
“Azərenerji” ASC 2017-ci ildə elektrik enerjisi tariflərinə yenidən baxmağı nəzərdən keçirmir.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə “Standard&Poor`s Global Ratings”in (S&P) yaydığı məlumatda deyilir.
“2016-cı ilin dekabrında “Azərenerji” ASC tarifləri təxminən 33% artırıb. Bununla dövlət şirkəti SOCAR-dan aldığı qazın qiymətindəki 50%-lik artımı kompensasiya etmiş oldu. Biz bu il tariflərə yenidən baxılacağını gözləmirik”, - deyə agentliyin mütəxəssisləri bildirib.
S&P qeyd edib ki, sonuncu tarif artımı “Azərenerji” ASC-nin maliyyə nəticələrinə təsir etməyib.
Mənbə:> APA