“Fitch”: “Azərenerji”nin külli miqdarda borcu var » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Fitch”: “Azərenerji”nin külli miqdarda borcu var

“Fitch”: “Azərenerji”nin külli miqdarda borcu var


“Azerenerji” ASC xarici öhdəliklərini yerinə yetirmək üçün dövlət büdcəsindən lazımi dəstək alacaq.

Aznews.info APA-ya istinadən xəbər verir ki, bu barədə “Fitch” reytinq agentliyinin açıqlamasında deyilir.

Bildirilir ki, 2016-2025-ci illər ərzində dövlət şirkəti müvafiq olaraq 172 mln. dollar və 204 mln. avro məbləğində xarici borcunu ödəməlidir.

“Fitch” qeyd edir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi üçün dövlət “Azərenerji” ASC-yə aşağı faiz dərəcəsi ilə 360 mln. manat məbləğində uzunmüddətli kredit ayırıb.

Bildirilir ki, Azərbaycan hökuməti “Azərenerji” ASC ilə bağlı investisiya proqramının qismən maliyyələşdirilməsi üçün 2009-2015-ci illərdə 970 mln. manat həcmində yatırım edib.

Agentliyin təqdim etdiyi məlumatlara əsasən, “Azərenerji” hələ də valyuta riskinə məruz qalır. Belə ki, yığımlarının mütləq əksəriyyəti manat olan dövlət şirkətinin xarici borcunun kifayət qədər böyük qismi dollar, avro və Yaponiya yenində ifadə olunub:

“2015-ci ilin sonuna “Azərenerji” ASC-nin xarici borcu 1,5 mlrd. manatdan 2,4 mlrd. manata yüksəlib. Bunun əsas səbəbi manatın devalvasiyaya uğramasıdır. Hökumət dövlət şirkətinə zəruri dəstəyi verməkdədir”.

“Fitch” qeyd edir ki, maliyyə göstəriciləri zəifləyən dövlət şirkəti likvidlik problemi ilə üzləşib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *