Azərbaycan Gürcüstandan nə alır? – İdxal artıb
2017-ci ilin yanvarında Azərbaycan Gürcüstandan məhsul idxalını ötən ilin analoji dövrü ilə müqayisədə 9,34 milyon dollaradək artırıb.
Aznews.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin hesabatında deyilir.
Gürcüstanın ixracatında Azərbaycanın payı 5,3% təşkil edib. Bu rəqəm 2016-cı ilin yanvarında 3,1%-ə bərabər olub.
Statistikaya əsasən, Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2017-ci ilin yanvarında 73,36 milyon dollar təşkil edib. Gürcüstanın xarici ticarət əməliyyatlarında Azərbaycanın xüsusi çəkisi 11,3%-ə bərabər olub.
Gürcüstandan idxal göstəricisində əsas yer boruların payına düşüb.
Mənbə:> Trend.az