Ezamiyyət xərclərinə görə hesabat tələb ediləcək
“Nazirlər Kabinetinin qərarlarına görə, ezamiyyət xərclərinin 20%-i şəxsin gündəlik qidalanması və nəqliyyat xidmətlərinə aid edilir və buna görə də heç bir hesabat tələb edilmir”.
Aznews.info “Report”a istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib.
N.İmanovun sözlərinə görə, ezamiyyətdən öncə avans məbləği müəyyəb edilməlidir: “Müvafiq qaydalara görə, ezamiyyət xərclərinin 80%-i üzrə hesabat tələb olunur. Bura hotel və s. xərclər daxildir”.
Mənbə:> Report.az