Azərbaycanda üçulduzlu hotellər tikiləcək » AzNews.info -Xəbər portalı

Azərbaycanda üçulduzlu hotellər tikiləcək

Azərbaycanda üçulduzlu hotellər tikiləcək


Hazırda İqtisadiyyat Nazirliyi ilə birgə Azərbaycanda üçulduzlu hotellərin tikilməsi ilə bağlı işlər gedir.

Oxu.Az-ın məlumatına görə, bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandıran zaman bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan hotellərinə ulduzların verilməsi ilə bağlı problemlər mövcuddur:

“Bu gün Azərbaycanda turizm fəaliyyəti lisenziya tələb etmir. Hotellərdə keyfiyyət, orada istirahət edən insanların təhlükəsizliyi, bütün xidmətlərin yüksək səviyyədə təşkili ilə bağlı nəzarət funkasiyası mövcud deyil”.

Nazir qeyd edib ki, “Turizm haqqında qanunda” növbəti dəyişiklik zamanı bu məsələyə yenidən baxılacaq:

“Turizm haqqında qanunda növbəti dəyişiklik zamanı biz şərt qoymuşuq ki, əgər hotel fəaliyyət göstərirsə, o öz dərəcəsinə uyğun ulduz almalıdır. O ulduz həm qiymət siyasətini, həm də həmin dərəcənin tələb etdiyi bütün şərtləri ödəməlidir. Bundan sonra hotellərin keyfiyyəti təmin ediləcək. Hazırda isə bu mövcud deyil, bu proses könüllüdür”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *