Nazir: Azərbaycan hotelləri əxlaqsızlıq yuvasına çevrilməməlidir
Azərbaycan qanunvericiliyində hoteldə qalanlardan nikah kağızının tələb olunması ilə bağlı bir müddəa yoxdur.
Oxu.Az-ın məlumatına görə, bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandıran zaman bildirib.
“Mən istəməzdim ki, Azərbaycanın hotelləri əxlaqsızlıq yuvasına çevrilsin. Bu, bizim milli dəyərlərimizə uyğun deyil. Amma hesab edirəm ki, əgər kimsə pasportunu təqdim edərək hoteldə qalırsa, onun yanına gələn qonaqlarla maraqlanmağa dəyməz”, – deyə nazir qeyd edib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli