Maliyyə Palatasından banklara qarşı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Maliyyə Palatasından banklara qarşı – YENİ TƏLƏB

Maliyyə Palatasından banklara qarşı


Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kommersiya bankları qarşısında yeni tələb irəli sürüb.

Aznews.info “Report”a istinadən xəbər verir ki, yeni tələbə görə, banklar bank əməliyyatı aparan vergi ödəyicisinin nağd əməliyyat limitini müəyyən edərək Palataya təqdim etməlidir.

Azərbaycan Beynəlxalq Bankı (ABB) Maliyyə Monitorinq Xidmətinin (MMX) baş mütəxəssisi Anar Novruzov deyib ki, bu tələb banklar üçün əlavə problemlər yaradır: “Tələbə görə, bank müştərinin sadələşdirilmiş yaxud ƏDV ödəyicisi olduğunu müəyyən etməlidir. Yəni, sadələşdirilmiş vergi ödəyicisinin nağd əməliyyatının 15 min, ƏDV ödəyicisinin isə 30 min manatdan artıq olmaması ilə bağlı MMX-ə məlumat verməliyik.

Vergi ödəyicisinin hansı kateqoriyaya aid olmasını isə müəyyən etmək çətindir. Bu, dinamik prosesdir. Ola bilər ki, bu gün sadələşdirilmiş vergi ödəyicisi olan sabah ƏDV ödəyicisi olsun. Biz istəyirik ki, Vergilər Nazirliyi bunu avtomatik müəyyən etmək üçün bizə hansısa formada yardım etsin yaxud vahid məlumat bazası təşkil edilməlidir”.

ABB rəsmisinin təklifinə Vergilər Nazirliyi Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamentinin baş direktoru Zaur Fətizadə cavabında bildirib ki, ödəyici ilə bağlı məlumatları nazirliyin saytından əldə etmək olar:

“Bu tələbi ödəyicilər üçün qoymuşuq. Əgər banklara da belə tələb qoyulubsa, bu, sizin daxili problemdir və bunu özünüz həll etməlisiz”.

ABB rəsmisi qeyd edib ki, bu tələb sahibkarlara aid olsa da, MBNP bunu banklardan tələb edir:

“Əgər tələbə əməl etməsək, Palata ilə problem yaranacaq. Bizim ikinci təklifimiz də ondan ibarətdir ki, 15 min manatdan yuxarı məbləği götürək və onun hesabatını verək. Onun sortirovkasını isə Palata yaxud Maliyyə Monitorinq Xidməti aparısın”.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *