Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın fevralın 14-ə olan məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 13-ü ilə müqayisədə dəyişməyərək 1,7301 manat təşkil edib.
Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8378 manatdan 1,8358 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0296 manatdan 0,0298 manatadək bahalaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,4678 manatdan 0,4719 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1617 manatdan 2,1694 manatadək bahalaşıb.
Gürcüstan larisinin məzənnəsi isə 0,6510 manatdan 0,6573 manatadək artıb.
Mənbə:> Oxu.az