Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb
Azərbaycanda avro 2%-ə yaxın bahalaşıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 5-i ilə müqayisədə dəyişməyərək 1,7339 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8297 manatdan 1,8651 manatadək artıb. Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,0270 manatdan 0,0271 manatadək bahalaşıb.
Türkiyə lirəsinin məzənnəsi isə 0,4904 manatdan 0,4923 manatadək artıb. Məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2001 manatdan 2,2098 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi isə ötən günlə müqayisədə 0,6808 manatdan 0,6760 manatadək ucuzlaşıb.
Mənbə:> Oxu.az