Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın yanvarın 12-ə olan məzənnəsini açıqlayıb.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 12-i ilə müqayisədə 0,7% bahalaşaraq 1,7867 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8809 manatdan 1,8970 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0297 manatdan 0,0301 manatadək bahalaşıb.
Türkiyə lirəsinin məzənnəsi 0,4574 manatdan 0,4742 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1656 manatdan 2,1739 manatadək bahalaşıb.
Gürcüstan larisinin məzənnəsi isə 0,6482 manatdan 0,6527 manatadək bahalaşıb.
Mənbə:> Oxu.az