Dolların süni ucuzlaşdırılması fikri cəfəngdir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Dolların süni ucuzlaşdırılması fikri cəfəngdir – EKSPERT

Dolların süni ucuzlaşdırılması fikri cəfəngdir


“Fevralın 9-da Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (SOFAZ) ilə birgə təşkil etdiyi valyuta hərracında satışa çıxarılan ABŞ dollarının hamısı satılmayıb.

Belə ki, təklif olunan 35 milyon dolların 7 milyona yaxını, yəni 19%-i satılıb.

Nəticədə, USD/AZN məzənnəsi 1,7301 manat səviyyəsində qərarlaşaraq, bu dəfə dolların manata görə məzənnəsi 5,2% enib. Bu da son günlər dolların, guya, süni olaraq ucuzlaşdırıldığı fikrinə qarşı olan daha bir arqumentdir.

Təkrar edirəm ki, ümumiyyətlə, manatın yanvar ayı ərzində nümayiş etdirdiyi ucuzlaşma prosesinin fevralda səngiyəcəyi gözlənilən idi. Belə ki, keçən ilin də fevral ayını yada salsaq, eyni tendensiyanın şahidi olacağıq.

Yeri gəlmişkən, yanvarda manatın dollara qarşı dəyəri 8,23% civarında ucuzlaşmışdı ki, SOFAZ tərəfindən verilən məlumata əsasən, sözügedən ay ərzində ümumən 285 milyon dollar vəsait satılmışdı”.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

P.Heydərov dolların süni ucuzlaşdırıldığını iddia edənlərin fikrini cəfəng adlandırıb:

“Dolların, guya süni olaraq ucuzlaşdırıldığı fikrini irəli sürənlərin isə əsas arqumentlərindən biri budur ki, guya əhalidə olan dollarlar yığılmaq istənilir.

Əhalinin dollar vəsaitləri çox olan hissəsinin vəsaitləri “əllərdə” deyil - ya banklardadır, ya da ki SOCAR-ın istiqrazlarında. Odur ki, sual edirəm: yerdə qalan hissədə nə qədər dollar vəsaitləri vardır ki, hökumət bunu sözügedən yolla cəlb edərək hansısa yarasını sağalda bilsin?!. Odur ki, bu, tamamilə, cəfəng fikirdir.

O ki qaldı bankların “fırıldaqlarına”, ölkədə kommersiya banklarının hal-hazırda başqa gəlir mənbələri yoxdur. Hələ keçən ilin dekabrında -/+ 4%-lik marjanın ləğv olunmasını ilk dəfə təklif edəndə də yazmışdım ki, bunun ləğvi həm də buna görə zəruridir. Yəni ki, bankların müvəqqəti də olsa bundan gəlir götürə bilmələri üçün. Burada, hələ ki, mənfi heç bir hal yoxdur və axtarmaq da lazım deyil”.

Onun sözlərinə görə, bununla belə, martda dollar yenidən bahalaşacaq və dolların məzənnəsi 1,65-2,05 AZN aralığında dəyişəcək:

“Kommersiya banklarının dolların alışı ilə satışı qiymətləri arasındakı kəskin distansiyadan əsasən, idxalçılar zərər görəcəklər. Bu da dolayı yolla əksinə, bir sıra yerli istehsalçılar üçün xeyirlidir.

Manat qıtlığı ilə əlaqədar arqument isə doğrudur. Bu artıq uzun müddətdir ki, belədir və sadəcə olaraq, “tam üzən məzənnə” rejiminə keçilməsi ilə əlaqədar olaraq öz təsirini daha “effektiv şəkildə” göstərməkdədir. Martda əks tendensiya başlayacaq.

Dolların çox ucuzlaşması hökumətə də sərfəli deyil. Sadəcə olaraq, yaranmış şəraitdən fürsət olaraq istifadə edərək AMB rəsmi valyuta ehtiyatlarını artıra bilər. Çox güman ki, fevralda da bu baş verəcək. Ancaq martda dollar yenidən bahalaşmağa başlayacaq. Ümumiyyətlə, artıb-azalma 1,65-2,05 AZN aralığında müşahidə edilməlidir”.

Ekspert əlavə edib ki, dolların ucuzlaşması ilə əlaqədar olaraq, “Aİ-95” və istehlak qiymətləri də ona görə enmir ki, sözügedən tendensiya dayanıqlı deyil.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *