Manat niyə bahalaşır və yenə ucuzlaşacaqmı? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Manat niyə bahalaşır və yenə ucuzlaşacaqmı?

Manat niyə bahalaşır və yenə ucuzlaşacaqmı?


Son günlər, daha dəqiq desək, fevral ayı başlayandan manatın ABŞ dolları qarşısında bahalaşması əksər vətəndaşlarda bu dəfə narahatlıq əvəzinə, təəccüb hissi yaradıb.

Belə ki, əks tendensiya zamanı hamı narahat idi ki, manat, görəsən, hara qədər ucuzlaşacaq. İndi də manatın dəyərinin bəzi günlər ərzində birdən-birə 2% civarından çox bahalaşması əksəriyyətdə sual yaradıb ki, bu, nədən baş verir?

Halbuki, hər iki halda yanaşma əsla düzgün deyildir. Təəssüf ki, sözügedən məsələdə ictimaiyyәtin müəyyən bir qismini onların iqtisadi savadsızlığından istifadə edərək “çaşdıranlar” da var.

Sözüm bunda deyil.

Bəs, əslində vəziyyət necədir? Manatın dollara nəzərən məzənnəsi nədən gah ucuzlaşır, gah da bahalaşır? Bu, nə vaxta qədər belə davam edəcək? Belə şəraitdə əhali əslində, nə etməlidir? Başqa sözlə desəm, vətəndaşlar pullarını hansı valyutada saxlasalar yaxşıdır?

Manatın yanvar ayı ərzində nümayiş etdirdiyi ucuzlaşma prosesinin (sözügedən ayda manatın dollara qarşı dəyəri 8,23 % civarında ucuzlaşıb və Neft Fondundan verilən məlumata əsasən, isə yanvar ayı ərzində Mərkəzi Bank tərəfindən keçirilən hərraclarda 285 milyon dollar vəsait satılıb) fevralda səngiyəcəyi gözlənilən idi.

Belə ki, keçən ilin də fevral ayını yada salsaq, ölkənin valyuta bazarında gərginliyin adıçəkilən ayda yaşandığının şahidi olarıq.

Hərçənd, ondan bir il əvvəlki analoji ay isə, yəni 2015-ci ilin fevralın 21-i tarixi yaddaşlarda manatımızın ilk dəfə devalvasiyaya uğradığı ay olaraq qalmışdı. Ancaq, o zaman valyuta bazarımız inzibati yolla tənzimləndiyindən tendensiyanın hansı istiqamətə doğru meyil etdiyini müşahidə etmək mümkün deyildi.

Belə ki, ölkəmizin valyuta bazarında bütün rəqsləri və dalğaları, xüsusən, 2015-ci ilin dekabrın 21-i tarixindəki 2-ci devalvasiyadan sonra müəyyən etməyə başladıq. Demək istədiyim budur ki, fevral ayı artıq, ikinci dəfədir belə qənaətə gəlməyə əsas verir ki, manat üçün “nisbi sakitlik” ayı və yaxud müddəti hesab olunur.

Bunun da bir sıra səbəbləri vardır. Birincisi, fevral iqtisadi aktivlik ayı deyil. İkincisi, ölkədən kənardakı əlverişsiz iqtisadi proseslər bu ay ərzində nisbətən səngiyir. Üçüncüsü, bu ay ərzində camaatın əlindəki manat kütləsi də adətən, azalır.

Bu siyahını bir az da uzatmaq olar, lakin fikrimcə, ehtiyac yoxdur.
Çünki əsas səbəblər məhz bunlardır. Bir sözlə, növbəti aydan dollar yenə bahalaşmağa başlayacaq. Lakin əvvəlki tempdə deyil. Bu barədə bir az sonra. Bütün deyilənlərə bahəm, vətəndaşlarımıza aşağıdakıları məsləhət bilirəm.

Əvvəla, birmənalı şəkildə qeyd edirəm ki, əlinizdə olan vəsait yalnız cari xərclər üçün yetərlidirsə, heç nəyi heç vaxt dollara dəyişmək lazım deyil. Buna heç bir lüzum yoxdur. Yəni ki, dollar qalxıb 5 manat olsa da belə, yenə lüzum yoxdur.

Çünki bu, olduqca mənasız, sərfəli olmayan, başqa sözlə desəm, maddi nöqteyi-cəhətdən tam olaraq qeyri-səmərəli bir işdir.

Belə ki, bu gün 200 manata ala biləcəyiniz bir “şeyi” və yaxud həyata keçirə biləcəyiniz “işi” dolların sabah lap 10 dəfə yüksələrək 2000 manat olacağını bilərək əlinizdəki 200-ü qabaqcadan dollara dəyişib sabah 2000 manat “qazanmaq” istəsəniz də belə, yenə nəzərdə tutulandan artıq heç nə əldə edə bilməyəcəksiz.

Yəni ki, bu gün 200 manata alına bilən bir məhsul və görülən iş, dollar sabah bahalaşıb 2000 manat olsa da, yenə məhz elə həmin 2000 manata başa gələcək.

İkincisi, yox əgər əlinizdə, məsələn, ən tezi 2018-ci ildə görmək istədiyiniz bir “iş” üçün vəsait varsa, onda o pulu məsləhətdir ki, əgər manatladırsa dollara dəyişəsiniz və yaxud dollardadırsa, elə məhz onda saxlayasınız.

Yəni, azı 1 il sonrakı planlarınız üçün vəsaitinizi dollarda saxlamaq məsləhətdir. Belə ki, belə də manat bahalaşaraq lap 0,78 qəpiyə ensə də belə, dolları yenə manata çevirməyin!

Nəhayət, üçüncüsü. Manat/dollar məzənnəsi ilə əlaqədar, ümumiyyətlə, bir cəhəti bilmək və yadda saxlamaq, agah olmaq lazımdır ki, manat bundan sonra gah bahalaşacaq, gah da ucuzlaşacaq. Bunu birdəfəlik qəbul edək.

Belə ki, manatın dəyəri heç vaxt 2015-ci ilin fevralın 21-i tarixinədək olduğu kimi, “bir nöqtədə ilişib və donub” qalmayacaq. Çünki, həmin dövr artıq arxada qalmışdır. Yəni, manat müəyyən ay ərzində sürətlə ucuzlaşacaq, digər ay ərzində isə bahalaşacaq. Biz həmişə bunun şahidi olacağıq.

Bu artıb-azalma, çox güman ki, 1,65 - 2,05 AZN aralığında baş verəcək.
Ən azı 2017-ci il ərzində...

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *