Manat möhkəmlənir? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Manat möhkəmlənir? – EKSPERT RƏYİ

Manat möhkəmlənir?


Manatın dəyərinin ABŞ dollarına nəzərən cüzi də olsa sabitləşməsi bir neçə səbəblə əlaqədardır. Birincisi, daxili valyuta bazarında bu ilin fevral və mart aylarında müşahidə edilən təlatüm səngiyib.

Oxu.Az-a bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov “Manatın dollara qarşı möhkəmlənməsi nə ilə bağlıdır?” sualını şərh edərkən bildirdi.

Onun sözlərinə görə, bu məsələdə ticarət tərəfdaşlarımızın milli valyutalarının bahalaşması da mühüm rol oynayır:

“Belə ki, dollara tələbdə qeyd olunan aylarda - ümumiyyətlə, il başlanandan xüsusən, əhali tərəfindən nümayiş etdirilən "ajiotaj" aprel ayında aradan qalxdı.

İkincisi, eləcə də ölkəmizin ticarət tərafdaşı olan ölkələrdə də milli valyutaların dəyərdən düşməsi prosesi demək olar ki, dayanıb. Hətta bir arada məsələn, Rusiya kimi bir ölkədə rubl bahalaşırdı da.

Üçüncüsü isə, neftin qiyməti cüzi də olsa qalxmağa başlayıb. Belə ki, aprel ayı ərzində neft demək olar ki, ucuzlaşmadı - əksər vaxt sabit qalmaqla, daha çox bahalaşmağa doğru meyl göstərdi.

“Bütün bunlar da təbii olaraq, manatın dəyərində özünü göstərdi. Lakin əlavə olaraq, bir amili də qeyd etmək yerinə düşər. Bu da pul bazasının azalmasıdır. Əvvəl, dollar dövriyyəyə yüksək templə daxil olurdu.

Neftin qiymətinin 2 dəfədən çox aşağı düşməsi bu tendensiyanı azaldıb. Odur ki, Mərkəzi Bank (AMB) makroiqtisadi sabitliyi qoruyub saxlamaq üçün məcburdur ki, manat kütləsini də azaltsın. Məlumdur ki, manatın kursunu AMB inzibati yolla tənzimləməkdədir” - deyə, ekspert vurğulayır.

Bundan başqa Pərviz Heydərov bildirir ki, neft təzədən düşərsə, dollara tələb yaranacaq:

“Odur ki, Azərbaycanda hazırda hissolunacaq dərəcədə dollar təklifi artıb, manata qarşı isə əksinə, tələb artıb... Bu cür vəziyyət neft yenidən 50 dollara düşməzsə, davam edəcək.

Neftin indiki qiyməti şəraitində Mərkəzi Bank dövriyyədən artıq manat kütləsini çıxartdığından azn qıtlığı yaranıb”.

Məlumat üçün bildirək ki, Mərkəzi Bankın məlumatına görə, son üç gündə 28, 29, 30 aprel tarixində müvafiq olaraq 1 dollar -1.0498, 1.0494, 1.0487 AZN təşkil edib.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *