Neftin qiymətləri ilə bağlı proqnoz » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Neftin qiymətləri ilə bağlı proqnoz

Neftin qiymətləri ilə bağlı proqnoz


Dünya bazarlarında 2022-ci ilə qədər neftin qiymətləri 40-65 dollar/barel diapazonunda hərəkət edəcək.

Aznews.info Report-a istinadən xəbər verir ki, bu proqnoz ABŞ-ın məşhur “Citigroup” maliyyə holdinqinin analitikləri tərəfindən irəli sürülüb.

Ekspertlər bu proqnozu OPEC-in hasilatı azaltması səbəbindən neft qiymətlərinə dəstək olması və 40 dollar/bareldən aşağı düşməməsi, ABŞ şist neft istehsalçılarının 65 dollar/barel səviyyəsində hasilatı maksimal həddə çatdırması ilə izah edirlər. Analitiklərin fikrincə, ABŞ şist neft hasilatçıları hətta 50 dollar/barel qiymət səviyyəsində effektiv nəticə göstərə bilirlər.

Qeyd edək ki, dünən, fevralın 3-də ABŞ-ın “Baker Hughes” şirkəti tərəfindən açıqlanan hesabata görə, ölkədə aktiv neft quyularının sayı 17 ədəd və ya 3% artaraq 583 ədəd təşkil edib. Bu da yaxın gələcəkdə neft hasilatının daha da artacağını göstərir. Xatırladaq ki, 2016-cı ilin yayında ABŞ-da gündəlik neft hasilatı 8,6 mln. barel idisə, hazırda bu göstərici 8,9 mln. barel təşkil edir.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *