Beynəlxalq Bankdan kredit almış 219 şəxsin materialları DİN-ə göndərilib » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Beynəlxalq Bankdan kredit almış 219 şəxsin materialları DİN-ə göndərilib

Beynəlxalq Bankdan kredit almış 219 şəxsin materialları DİN-ə göndərilib


Ötən il Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Daxili İşlər Nazirliyinin məktubuna əsasən, Fövqəladə Hallar Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları ilə birgə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən fiziki və hüquqi şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi üzrə əvvəllər başlanmış nəzarət tədbirləri davam etdirilib.

Aznews.info xəbər verir ki, Maliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bu günə kimi 63 hüquqi və 156 fiziki şəxsə kreditlərin verilməsi üzrə, həmçinin 69 qeyri-rezident hüquqi şəxsin veksel alışı əməliyyatlarına dair nəzarət tədbirləri başa çatdırılaraq yoxlama materialları hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinə göndərilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *