Maliyyə sabitliyinin təmin olunmasına dair görüş keçirildi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Maliyyə sabitliyinin təmin olunmasına dair görüş keçirildi

Maliyyə sabitliyinin təmin olunmasına dair görüş keçirildi


Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı maliyyə sabitliyinin təmin olunması istiqamətində Dünya Bankının hazırladığı tövsiyələrə dair maliyyə sektoru üzrə baş mütəxəssis Anjela Priqojinanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Palatadan Oxu.Az-a bildirilib.

Əmanətlərin sığortalanması, qeyri-işlək kreditlər probleminin həllinə dair keçirilmiş görüşdə bank nəzarəti sahəsində aparılan islahatlar üzrə tədbirlər planı müzakirə edilib.

Görüşdə, həmçinin maliyyə sabitliyi üzrə hüquqi, tənzimləyici və nəzarətlə bağlı islahatlar gündəliyi üzrə fəaliyyət planının və maliyyə sabitliyinin təmin olunması istiqamətində qarşıda duran məqsədlərin yerinə yetirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *