Dövlətə məxsus olan hüquqi şəxsin aldığı borca dövlət zəmanəti verilməyəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Dövlətə məxsus olan hüquqi şəxsin aldığı borca dövlət zəmanəti verilməyəcək

Dövlətə məxsus olan hüquqi şəxsin aldığı borca dövlət zəmanəti verilməyəcək

Azərbaycanda dövlətə məxsus olan hüquqi şəxsin borc almasına razılıq verilməsi onun borcalma üzrə öhdəliklərinə dövlət zəmanəti verilməsi kimi qəbul edilə bilməz. Bu, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, iştirak payının və yaxud səhmlərinin 51%-i və daha artıq hissəsi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan banklar, bank olmayan kredit təşkilatları və sığorta şirkətləri istisna olmaqla, digər dövlətə məxsus hüquqi şəxslərin dövlət zəmanəti ilə borc alması “Dövlət borcu haqqında” qanun və Prezidentin “Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” 13 fevral 2006-cı il tarixli fərmanına uyğun olaraq həyata keçirilir.

Qaydada qeyd olunur ki, dövlətə məxsus olan hüquqi şəxslər hər il iyunun 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləği barədə məlumatı Maliyyə Nazirliyinə təqdim etməli, Nazirlik 30 gün ərzində bununla bağlı müraciətləri təhlil etməlidir. Borcalmaların ümumi məbləğinin ölkənin növbəti il üzrə proqnozlaşdırılan makroiqtisadi və digər maliyyə, borc dayanıqlığı göstəricilərinə, o cümlədən ÜDM-ə nisbəti, borca xidmət xərclərinin büdcə xərclərinə nisbəti, valyuta məzənnəsi nəzərə alınaraq, borcalmanın yuxarı həddinə dair təkliflər hazırlanmalı, borcalmanın yuxarı həddində nəzərə alınan investisiya layihələri İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim edilməlidir.

Nazirlər Kabineti isə ölkə Prezidenti ilə razılaşdırmaqla cari il sentyabrın 15-nə qədər növbəti il üçün dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasının yuxarı həddini, milli valyuta ilə müəyyən etməlidir. Maliyyə Nazirliyi hər il yanvarın 30-na qədər dövlətə məxsus olan hüquqi şəxslərin əvvəlki il üzrə borcalmaları və borcalmanın yuxarı həddinə əməl edilməsi vəziyyəti barədə məlumatları Nazirlər Kabinetinə təqdim etməlidir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *