Bu ölkədən Azərbaycana gələn turistlərin sayı 5,5 dəfə artıb
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovla Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti və Ərəb Gözdən Əlillər Federasiyasının sədri Xalid Ali Naemi arasında görüş keçirilib.
Oxu.Az Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, görüşdə N.Səmədov Azərbaycan və Qətər arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, ölkəmizdə bu sahələrdə həyata keçirilən islahatlar barədə məlumat verib.
Nazir müavini tərəfindən Körfəz ölkələri ilə viza rejiminin sadələşdirilməsi, iki ölkə arasında hökumətlərarası müqavilələrin və birbaşa təyyarə reyslərinin mövcudluğu turist axınının daha da intensivləşdirilməsinə töhfə kimi qiymətləndirilib və nəticə olaraq 2016-cı ildə Qətərdən Azərbaycana səyahət edən turistlərin sayının 5,5 dəfə artdığı vurğulanıb.
Görüş zamanı iki ölkənin turizm obyektlərində fiziki imkanları məhdud şəxslərin sərbəst fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması müzakirə olunub.
Mənbə:> Oxu.Az