2 Avropa nəhəngi birləşmək qərarını verdi » AzNews.info -Xəbər portalı

2 Avropa nəhəngi birləşmək qərarını verdi – 50 MİLYARDLIQ LAYİHƏ

2 Avropa nəhəngi birləşmək qərarını verdi


Məşhur Ray-ban, Oakley və sairə brend eynəklərin istehsalçısı kimi tanınan İtaliyanın Luxottica Group şirkəti və eynəklər üçün dünyada 1 nömrəli şüşə istehsalçısı olan Fransanın Essilor şirkəti birləşmək qərarı veriblər.

AzNews.info xəbər verir ki, müvafiq olaraq bazar dəyəri 24 və 22 milyard avro olan Luxottica və Essilor şirkətləri səhmlərini birləşdirərək optika bazarında 50 milyard dollarlıq yeni nəhəng yaratmaq qərarını veriblər.Bu barədə açıqlama verən şirkət nümayəndələri yeni şirkətin illik 15 milyard avro qazanc əldə edə biləcəyini bildirirlər.

"Nəhayət ki, bir-birini tamamlayan 2 məhsul, daha dəqiq desək şüşələr və çərçivələr bir dam altında istehsal oluna biləcək" - bu sözləri Luxottica şirkətinin təsisçisi 81 yaşlı Leonardo Del Vekkio jurnalistlərə açıqlamasında bildirib.

Yeni yaradılacaq və baş ofisi Parisdə yerləşəcək EssilorLuxottica şirkətinin direktoru da səhmlərin 38 faizinə sahib olan Leonardo Del Vekkio olacaq.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *