Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalandı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalandı

Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalandı

Azərbaycan və İslam İnkişaf Bankı (İİB) arasında Azərbaycan Hökuməti ilə İİB arasında Azərbaycanda İslam maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında qrant sazişi imzalanıb.

İqtisadiyyat Nazirliyindən virtualaz.org-a bildirilib ki, sənədə əsasən, Azərbaycanda bank sahəsində mövcud qanunvericiliyin təhlili, ölkəmizdə islam bankçılığının tətbiqi imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur.

İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı və s. sahələri əhatə edən bu layihələrin 14-ü artıq başa çatıb, 4 layihənin icrası isə davam edir.

Sazişi Azərbaycan hökuməti adından iqtisadiyyat naziri Ş.Mustafayev, İİB adından isə bankın vitse-prezidenti Sayed Ağa imzalayıblar.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *