SOCAR rəsmisi: İstiqrazlar üzrə ödənişlər maliyyə çətinliyi yaratmayacaq
Dolların manata qarşı bahalaşması SOCAR istiqrazları üzrə ödənişlərin həyata keçirilməsində heç bir maliyyə çətinliyi yaratmayacaq.
Oxu.Az-ın “APA-Economics”ə istinadən məlumatına görə, bunu SOCAR-ın vitse-presidenti Süleyman Qasımov deyib.
O bildirib ki, SOCAR daxili bazarda satış, eləcə də ixrac gəlirləri hesabına əldə olunan vəsait hesabına istiqrazlar üzrə faizləri ödəyir:
“Bizə tapşırıq verilib ki, idxalı ixracla əvəzləyək. Ona görə də, idxal olunan təbii qaz Gürcüstana ixrac edilir. İxraca görə əldə olunan vəsait dollar ifadəsindədir. Buna görə də, xarici kredit və istiqrazlar üzrə ödənişlər SOCAR üçün maliyyə çətinliyi yaratmayacaq”.
Mənbə:> Oxu.az