Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulub » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulub

Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulub


Bu gün Bakıda Pirallahı Sənaye Parkında yeni “Caspian Pharmed” əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib.

Aznews.info Report-a istinadən xəbər verir ki, təməlqoyma mərasimi İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.

Layihə 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə həb və kapsul istehsalı, ikinci mərhələdə ampula və flakon istehsalı, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı təşkil ediləcək.

Birinci mərhələdə zavodun istehsal gücü ildə 200 mln.-dan çox həb və kapsula, 54 təsiredici maddə, 84 adda dərman preparatına malik olacaq.

Qeyd edək ki, Əli Rəbiinin ölkəyə səfəri çərçivəsində bir sıra görüşlər keçiriləcək, Azərbaycan-İran əlaqələrinin inkişafına dair müzakirələr aparılacaq.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *