Azərbaycanda yeni zavodun təməli qoyulub
Bu gün Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulub.
Aznews.info APA-ya istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsibulskinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Layihənin dəyəri 74 mln. dollar təşkil edir.
Zavodda ilkin mərhələdə 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur.
Mənbə:> APA