Vergidən yayınan sahibkarlara xəbərdarlıq edildi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Vergidən yayınan sahibkarlara xəbərdarlıq edildi

Vergidən yayınan sahibkarlara xəbərdarlıq edildi

Fərdi sahibkarlar tərəfindən nağdlaşdırma məqsədilə pul vəsaitlərinin kart hesabına köçürülməsi vergidən yayınma məqsədi daşıyır, buna görə bu cür addım qanundan sui-istifadə hesab olunur.

Bu sözləri Vergi məcəlləsində dəyişikliklərə həsr olunmuş forumda Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva deyib.

Onun sözlərinə görə, artıq bu məsələnin texniki tərəflərinin həll olunması üçün Azərbaycan Banklar Assosiasiyası ilə danışıqlar aparılıb, hazırda bu cür hallarda vergitutmanın mexanizmi dəqiqləşdirilir.

S.Musayeva qeyd edib ki, yeni qaydalara əsasən vergi ödəyicisinin kateqoriyasından asılı olmayaraq ödəmə mənbəyindən sadələşdirilmiş formada bir faiz həcmində vergi tutulacaq.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *