Bu şəxslər 7 il müddətinə vergidən azad olunurlar » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bu şəxslər 7 il müddətinə vergidən azad olunurlar

Bu şəxslər 7 il müddətinə vergidən azad olunurlar


Qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən investisiya təşviqi sənədi alan fəaliyyət sahələrinə yeni vergi güzəştləri nəzərdə tutulub.

AzNews.info Vergiler.az saytına istinadla bildirir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə görə, investisiya təşviqi sənədi əldə edən şəxslərin mənfəətinin 50 faizi 7 il müddətinə gəlir və ya mənfəət vergisindən azad olunur.

Həmçinin sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının 7 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulub.

Bundan başqa, hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq əmlaka görə 7 il müddətinə əmlak vergisi, mülkiyyətlərində olan torpaq sahələrinə görə isə torpaq vergisi ödəməkdən azad ediliblər.

Mənbə: Vergilər.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *