Usta, rəqqas, çəkməçi vergini ödəmədikdə nə qədər cərimə olunacaq? » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Usta, rəqqas, çəkməçi vergini ödəmədikdə nə qədər cərimə olunacaq? – MƏBLƏĞLƏR

Usta, rəqqas, çəkməçi vergini ödəmədikdə nə qədər cərimə olunacaq?


Xəbər verdiyimiz kimi, sabit verginin tətbiqi ilə bağlı Vergi Məcəlləsinə 16.1.7-1-ci, 58.12-ci, 218.4.4-cü, 220.10-cu, 220.11-ci və 221.8-ci maddələr əlavə edilib.

Dəyişikliyin mahiyyəti

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, aşağıdakı cədvəldə qeyd olunmuş fəaliyyət növləri ilə fərdi qaydada (əlavə işçi qüvvəsi cəlb etmədən) məşğul olan fiziki şəxslər aylıq sabit məbləğə fəaliyyətlərinin faktiki həyata keçirildiyi ərazi üzrə müvafiq əmsalları tətbiq etməklə hesablanmış sadələşdirilmiş vergini ödəyirlər.

Müxtəlif əmsallar tətbiq olunan ərazilərdə fəaliyyət göstərildiyi halda ən yüksək əmsal tətbiq edilən ərazi üzrə müəyyən olunmuş sabit vergi məbləği ödənilir.

Misal: Bakı şəhərində şənliklərdə aparıcılıqla məşğul olan fiziki şəxs üçün aylıq sabit verginin məbləği aşağıdakı qaydada hesablanır: 30 * 2 * 1 = 60 manat (30 - aylıq sabit məbləğ, 2 - ərazi üzrə əmsal, 1 - Dövr (aylarla))

Qeyd edilən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər fəaliyyətə başlayanadək Vergilər Nazirliyindən öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almalıdırlar.

Usta, rəqqas, çəkməçi vergini ödəmədikdə nə qədər cərimə olunacaq?
Usta, rəqqas, çəkməçi vergini ödəmədikdə nə qədər cərimə olunacaq?


Bu fəaliyyət üzrə vergi orqanına bəyannamə təqdim edilmir. Ödənilmiş vergi həmin qəbzin qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləşdirilmir.

Fiziki şəxslər qeyd edilən fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu halda “Sabit verginin ödənilməsi haqqında qəbz”i hər bir fəaliyyət növü üçün ayrılıqda alırlar. Azərbaycan Respublikasının hüdudlarından kənarda bu fəaliyyətlər üzrə gəlir əldə edildiyi halda isə həmin gəlir ümumi qaydada müvafiq vergilərə cəlb edilir.

Qeyd olunan fəaliyyət növləri ilə işçi cəlb etmədən fərdi qaydada məşğul olan fiziki şəxs vergi orqanına bəyannamə verilmədən aylıq “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almalıdır. Əks halda ona aşağıdakı məbləğdə maliyyə sanksiyası tətbiq edilir:

- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında;

- təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında.

Nəzərə almaq lazımdır ki, vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirən fiziki şəxslər nağd pul hesablaşmalarının aparılması zamanı alıcıya nəzarət-kassa aparatı çeki istisna olmaqla, ciddi hesabat blankı olan qəbz təqdim etməlidirlər.

Sabit verginin ödəyiciləri fəaliyyət növünə uyğun olaraq ciddi hesabat blanklarını (alıcıya verilən qəbz formasını) öz vəsaiti hesabına bu fəaliyyəti həyata keçirən mətbəələrə verdikləri sifariş əsasında əldə edirlər.

Qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blankı olan qəbzdən istifadə etmədən nağd pul hesablaşmalarının aparılması, alıcıya qəbzin verilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə:
Usta, rəqqas, çəkməçi vergini ödəmədikdə nə qədər cərimə olunacaq?

- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat;

- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat;

- təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat maliyyə sanksiyası tətbiq edilir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *