Fazil Məmmədov: İşsizliyin səviyyəsi dəqiq müəyyən olunacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Fazil Məmmədov: İşsizliyin səviyyəsi dəqiq müəyyən olunacaq

Fazil Məmmədov: İşsizliyin səviyyəsi dəqiq müəyyən olunacaq


“Azərbaycanda muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin sabit vergiyə cəlb olunması daha çox uçotun sadələşdirilməsi və həmin şəxslərdə inzibati yükün minimuma endirilməsi məqsədi daşıyır”.

Aznews.info “Report”a istinadən xəbər verir ki, bu barədə Vergilər naziri Fazil Məmmədov “AzərTAc”a müsahibəsində bildirib.

F.Məmmədovun sözlərinə görə, sabit vergi mexanizmi, ilk növbədə, belə fəaliyyətin və fərdi qaydada iş (xidmət) göstərən şəxslərin uçotunu düzgün aparmağa imkan verəcək.
Bu isə, öz növbəsində, müvafiq dövlət qurumları tərəfindən işsizliyin səviyyəsinin dəqiq müəyyən edilməsinə yardım edəcək.

Xatırladaq ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə görə, kiçik həcmdə gəlirlərə malik olan, məsələn, fərdi foto, audio-video xidmətləri göstərən, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olan, fərdi yaşayış evlərində qulluqçuluq, sürücülük edən və s. analoji işlərlə məşğul olan şəxslər sabit vergi ödəyəcəklər.

Bunun üçün onlar mövcud qanunvericiliyə uyğun olaraq vergi uçotuna alınmalı, bəyannamə təqdim etməli və vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *