Azərbaycan neftinin qiyməti bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 0,92 dollar, yaxud 1,64% bahalaşıb.
Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin bir barelinin qiyməti 57,20 dollara bərabər olub.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi əsasında “AzeriLight” markalı neftin ortamüddətli dövr üçün dünya bazar qiymətləri hesablanıb.
Həmin proqnoza görə, 2017-ci ildə neftimizin orta qiyməti 65 dollar, 2018-ci ildə 80,3 dollar, 2019-cu ildə 76 dollar, 2020-ci ildə 72 dollar olacaq.
Mənbə:> Oxu.az